Bu gün müğənni Nadir Qafarzadə Türkiyəyə istirahətə yola düşüb. Lent. az-a açıqlama verən müğənni Türkiyəyə tək getmədiyini söyləyib: “Çox yorğunam. Şou-biznesdən, səs-küydən kənara çəkilib bir az dincəlmək istədim. İstirahətin ən gözəli mənim üçün yalnız ailəmlə, yaxınlarımla birgə olmaqdır. Həyat yoldaşım, uşaqlarım, qayınatam və qayınanam da mənimlədirlər. Türkiyədə evim olduğunu da hər kəs bilir. Ora yığışacağıq, iyirmi gün sonra Bakıya qayıdacağıq ”.
Müğənni yeni mahnısından da söz açıb: “ “ Maral ” mahnısından sonra sözləri şair İkrama, musiqisi Muğbil Əzimova məxsus olan “Sən mələksən” i yazdırdım. Bu mahnımın “Maral ” la heç bir oxşarlığı yoxdur. Fərqli-fərqli janrlarda olan mahnılardı. Amma bu mahnımın da seviləcəyinə inanıram. İndi hansı tədbirə, toya gedirəm, “Maral” dan danışırlar. Dinləyicilərimin yaradıcılığıma olan diqqəti məni sevindirməyə bilməz. Yaradıcılığımda bir çox yeniliklər var. İşlər yekunlaşdıqdan sonra mətbuata açıqlama verəcəm”.
Yalçın Süleymanov