“Qardaşım Müşfiqin ölümü ilə bağlı mətbuatda yayılan xəbərlər dezinformasiyadan başqa bir şey deyil”. Lent.az-ın “azvision.az”a istinadən xəbərinə görə, bunu ötən gün vəfat edən “Nurgün” şirkətlər qrupunun vitse-prezident Müşfiq Səfiyevin kiçik qardaşı Vüqar Səfiyev deyib.
O bildirib ki, artıq M. Səfiyevin cənazəsi Xırdalan qəbiristanlığında torpağa tapşırılıb:
“İndi qardaşımın cənazəsini dəfn edib gəlirik. Mətbuatda yayılanlar dezinformasiyadır. Qardaşımın heç bir xəstəliyi yox idi. Diaqnoza görə, qardaşım qan təzyiqindən dünyasını dəyişib. O axşam yatıb, səhər oyanmayıb. Qardaşımın təzyiqi yüksək olub. Elə ona görə də dünyasını dəyişib”.
Qeyd edək ki, mərhum M. Səfiyev tanınmış şair Əli Vəkilin oğludur.