Müsavat və Milli Şura Rəsulzadənin abidəsini ayrı-ayrılıqda ziyarət edib
31 yanvar 2015 13:43 (UTC +04:00)

Müsavat və Milli Şura Rəsulzadənin abidəsini ayrı-ayrılıqda ziyarət edib

 Bu gün Müsavat Partiyası və Milli Şuranın rəhbərliyi və üzvləri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 131 illiyi ilə əlaqədar onun Novxanıdakı abidəsini ayrı-ayrılıqda ziyarət ediblər.

 

APA-nın məlumatına görə, abidənin önünə əklillər qoyulub, Rəsulzadənin ruhuna dualar oxunub.

 

Müsavat Partiyasının başqanı Arif Hacılı, sabiq başqan İsa Qəmbər, Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı çıxışlarında Rəsulzadənin Azərbaycan müstəqillik tarixindəki rolundan danışıb, onu Azərbaycanının qurucusu, ziyalı, ictimai xadim kimi xarakterizə ediblər.

 

Sonra Rəsulzadənin abidəsini Milli Şuranın rəhbərliyi və üzvləri ziyarət edib, Rəsulzadənin xidmətləri haqqında danışıblar.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148

Oxşar yazılar