MTN-in yaxaladığı şəxslərlə bağlı YENİ XƏBƏR
25 noyabr 2014 12:21 (UTC +04:00)

MTN-in yaxaladığı şəxslərlə bağlı YENİ XƏBƏR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Lənkəran rayon sakinləri Faiq Qurbanov və Seymur Rzazadənin məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı prosesdə Faiq Qurbanovun vəkili Anar Qasımov işi baxılması üçün vaxt istəyib. Hakimlər kollegiyası məhkəmə baxış vaxtını dekabrın 4-ə təyin edib.

 

Qeyd edək ki, İttiham aktına görə, təqsirləndirilən şəxslər İranın xüsusi xidmət orqanı olan ETTELAAT-la əməkdaşlığa cəlb olunublar. Onlar Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinirlər. İttihamın bildirdiyinə görə, Faiq Qurbanov 2013-cü ildə ETTELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin Faiq Qurbanova Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və.s kimi sahələr üzrə məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar verib.


Seymur Rzazadə isə ETTELAAT-ın Qaffari adlı üzvü ilə əməkdaşlığa cəlb olunub. Seymur Rzazadə Qaffariyə “mən Allah ordusuna əsgər seçilirəm” məzmunlu yazılı iltizam verdikdən sonra ona verilmiş tapşırıq əsasında Lənkəranda mömünlərin vəziyyəti ilə maraqlanıb, dindarların salamını Qaffariyə çatdırmağa başlayıb. Lənkəran dindarları ilə İran kəşfiyyatçısı arasında məlumat mübadiləsini həyata keçirib.


Seymur Rzazadə Lənkəranın polis rəis, sərhəd qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsi, Şeyxülislam Allahşükür Paşazadənin cənub böldəsinə səfərləri, Türkiyənin Lənkərandakı fəxri konsulluğu, Hərbi Hava Qüvvələrinin Sumqayıt yaxınlığında yerləşən hissələri və oradakı hərbi texnikalar haqda məlumatlar toplayaq Qaffariyə ötürüb. Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1658
avatar

Səlcuq Elçin

Oxşar yazılar