Moskvada azərbaycanlı iş adamı güllələnib
19 sentyabr 2013 01:28 (UTC +04:00)

Moskvada azərbaycanlı iş adamı güllələnib

Sentyabrın 18-də gecə Moskvanın şərqində Baykal küçəsində 1968-ci ildə  Azərbaycanda anadan olmuş iş adamı Fabris Salam Hüseynov güllələnib.

 

 Lent.az-ın «vesti.ru»-ya istinadən məlumatına görə, bu xəbəri «interfaks» yayıb.

 

O, avtomobildən düşərkən iki nəfər ona yaxınlaşıb və atəş açıb.

 

Aldığı güllə yarasından iş adamı yerindəcə keçinib. Qatillər isə gizlənib.

 

Mənbə qətlin sifariş xarakterli olduğunu bildirib.

Olay yerində istintaq-əməliyyat qrupu işləyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5014
avatar

Oxşar yazılar