Minik avtomobili sərnişin avtobusuna çırpıldı
27 noyabr 2016 18:52 (UTC +04:00)

Minik avtomobili sərnişin avtobusuna çırpıldı

Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

 

Şəhərdə 1 saylı xətt üzrə sərnişin daşıyan “Hyunday” markalı avtobus “Lada Priora” markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı avtobusda sərnişinlər olsa da, xəsarət alan olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

APA Baycan

Oxşar yazılar