Mingəçevirdə yataqxanada yanğın
26 mart 2013 20:19 (UTC +04:00)

Mingəçevirdə yataqxanada yanğın

Mingəçevir şəhərində yataqxana binasında yanğın baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 20 kvadrat metr olan 1 otaqlı mənzilin eyvanında 2 kvadrat metr sahədə taxta konstruksiyalardan ibarət rəf  yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən  söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar