Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “112 qaynar telefon xətti”nə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1991-ci il təvəllüdlü Tural Vidadi oğlu Quliyev mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Yanğınsöndürən-xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq, içəri daxil olublar. Mənzilə baxış keçirilərkən ev sahibinin cəsədi aşkar olunub.