Mingəçevir xəstəxanasında azyaşlı xilas olundu
15 aprel 2015 22:08 (UTC +04:00)

Mingəçevir xəstəxanasında azyaşlı xilas olundu

0

Mingəçevir şəhər Mərkəzi xəstəxanasından,  Fövqəladə Hallar Nazirliyinin “101” qaynar telefon xidmətinə daxil olmuş məlumata əsasən  azyaşlı uşaq başını diametri 150 mm olan asbest borunun içərisinə keçirərək köməksiz vəziyyətdə qalıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə gələn yanğınsöndürən-xilasedicilər müxtəlif kəsici alətlərdən istifadə etməklə azyaşlıya müvafiq köməklik göstərib və onu həkimlərə təhvil verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar