Məşhurlara qızıl satan qadın 43 bıçaq zərbəsi ilə qətlə yetirildi - YENİLƏNİB
05 yanvar 2016 15:15 (UTC +04:00)

Məşhurlara qızıl satan qadın 43 bıçaq zərbəsi ilə qətlə yetirildi - YENİLƏNİB

Bakıda sahibkar qadının evində xüsusi amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Bakı şəhər ProkurorluğundanAPA-ya verilən məlumata görə, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

***

 

Bakıda evində ölü tapılan qadına 43 bıçaq zərbəsi vurulub.

 

APA TV-nin hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib.

 

İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib.

 

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

 

 

 

***

 

14:38

 

Bu gün Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

 

Lent.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, “Jewellery" zinət əşyaları mağazasının sahibəsi Məryəm adlı qadın “Nəsimi bazarı” ərazisindəki evində qətlə yetirilib.

Qonşuların sözlərinə görə, qadının başı kəsilmiş şəkildə meyiti tapılıb. 

Nəsimi rayon Prokurorluğundan "Qafqazinfo"ya bildirilib ki, hazırda müstəntiqlər hadisə yerindədir. Araşdırma aparılır.  

Qeyd edək ki, mərhum biznes ledi şou-biznes nümayəndələri ilə yaxınlığı ilə tanınır. Mətanət İsgəndərli, Könül Kərimova, Mətanət Əsədova və başqa müğənnilər mağaza sahibəsinin daimi müştəriləridir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar