Məşhur “Gangnam Style”  2 milyard dəfə izlənilib
01 iyun 2014 07:04 (UTC +04:00)

Məşhur “Gangnam Style”  2 milyard dəfə izlənilib

Cənubi koreyalı müğənni Pak Çe Sanın məşhur “Gangnam Style” klipi yeni rekord  vurub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, “PSY” təxəllüslü müğənninin klipinin video-çarxını “YouTube” saytı tarixində ilk dəfə iki milyarddan çox istifadəçi izləyib.

 

Məlumata əsasən, klip 2012-ci il iyulun 15-də sayta yüklənib. Həmin ilin noyabrında 806 milyon istifadəçi izləmişdi. Bu göstərici ilə o, kanadalı müğənni Castin Biberin “Baby” mahnısını üstələmişdi. İndiyə kimi bu mahnı ikinci yerdədir.

 

2013-cü ildə “PSY” “Billboard Music Awards” musiqi mükafatına layiq görülən ilk cənubi koreyalıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828
avatar

Oxşar yazılar