Gəncə Məşğulluq Mərkəzindən oğurluq edən şəxs yaxalanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də Gəncə Məşğulluq Mərkəzinin inzibati binasındakı otaqların qapılarını sındırmış və oradan 1 dəst kompüteri oğurlamış Yeni Gəncə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Alim Quliyev tutulub.