Məscidin xalçaları oğurlandı
29 avqust 2019 12:48 (UTC +04:00)

Məscidin xalçaları oğurlandı

0
Quba rayonundakı məscidlərin birindən oğurluq olub.
 
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib. Verilən xəbərə görə, rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən məscidlərin birindən xalçaların oğurlanması barədə məlumat daxil olub. Məlumatla bağlı rayon Polis Şöbəsində dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.
 
Əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçalar Şabran rayon Günəşli kənd sakini Lalə Babayeva tərəfindən oğurlandığı
müəyyən edilib.
 
İlkin dindirilmə zamanı L.Babayeva tutduğu əməli etiraf edərək, gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda xalçaları oğurladığını bildirib. 
 
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 776

Oxşar yazılar