Mərkəzi Bankın səlahiyyətləri artırılsın - təklif
19 noyabr 2014 12:25 (UTC +04:00)

Mərkəzi Bankın səlahiyyətləri artırılsın - təklif

“Azərbaycanda kommersiya banklarının verdiyi kredit faizləri çox yüksəkdir”.

 

APA-Economics”in məlumatına görə, bunu Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı bildirib.

 

F. Ağamalının sözlərinə görə, ölkədə 5 milyona yaxın insan kredit götürüb.

 

“Kommersiya banklarının verdiyi kreditlərin faiz dərəcələri çox yüksəkdir. Faizlərin aşağı salınmasına ehtiyac duyulur. Bəlkə, faizlərin aşağı salınması üçün Mərkəzi Banka əlavə səlahiyyətlər verək və bu yolla insanları kommersiya bankının nəhəng mədəsindən xilas edə bilək”, - deyə millət vəkili vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557
avatar

Oxşar yazılar