Mərhum baş redaktorun itkin düşən gəlini tapıldı
0
0
Bakıda itkin düşən 29 yaşlı qadın tapılıb.
Lent.az trend-ə istinadla bildirir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Binəqədi rayonu, 28 may qəsəbəsində yaşayan Babayeva Günel Mübariz qızı avqustun 29-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən verilən məlumata görə, G.Babayeva tapılaraq ailəsinə təhvil verilib.
Xatırladaq ki, G.Babayeva mərhum yazıçı-jurnalist, "Ümid press" qəzetinin baş redaktoru Heybət Hörmətin oğlu Səhhət Hörmətin həyat yoldaşıdır.
0
0