Mənzildə 85 yaşlı qadın meyiti aşkarlanıb
14 avqust 2013 22:46 (UTC +04:00)

Mənzildə 85 yaşlı qadın meyiti aşkarlanıb

Bakının Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1928-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. 

 

Lent.az-ın FHN-nin rəsmi saytına istinadən məlumatına görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin qapısını bayır tərəfdən açaraq daxil olub. Mənzilə baxış keçirilərkən Popova Dina Dmitriyevna hərəkətsiz vəziyyətdə aşkarlanıb.

 

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində D. Popovanın vəfat etdiyi müəyyən olunub. D. Popovanın cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675

Oxşar yazılar