Məhkəməyə çıxarılan şəxsin iddiası prokurorluqda araşdırılacaq
18 yanvar 2017 15:29 (UTC +04:00)

Məhkəməyə çıxarılan şəxsin iddiası prokurorluqda araşdırılacaq

 

Avtomobil qaçırdığına görə məsuliyyətə cəlb edilən şəxsin bu günlərdə Nəsimi rayon Məhkəməsində işinə baxılıb. Lent.az xəbər verir ki, təqsirləndirilən şəxs qismində prosesdə iştirak edən Cəlilabad rayon sakini Mehdiyev Vüsal Əlizadə oğlu hakimə istintaq müddətində zorakılıqla qarşılaşdığını bildirib. O deyib ki, 20-ci Polis Bölməsində işkəncəyə məruz qalıb və ifadəni işgəncə altında verib.

 

Məhkəmə təqsirləndirilən şəxsin iddiası əsasında prokurorluğa müraciət edib.

 

Məsələ prokurorluqda araşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214

Oxşar yazılar