Maşın traktora çırpılıb, bir nəfər ölüb - YENİLƏNİB
20 may 2014 19:14 (UTC +04:00)

Maşın traktora çırpılıb, bir nəfər ölüb - YENİLƏNİB

0
 Bakı-Quba yolunun 84-cü kilometrliyində, Siyəzən rayonunun Zarat kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayon sakini, 1991-ci il təvəllüdlü Məhsimov Rasim Əliağayevişin idarə etdiyi “Hyundai Elentra” markalı, 99 BH 914 dövlət nömrə nişanlı avtomaşın Xaçmaz rayon sakini Şahbazov Babək İsrafil oğlunun idarə etdiyi traktora çırpılıb. Qəza nəticəsində “Hyundai”nin sürücüsü hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1159

Oxşar yazılar