Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Lent.az xəbər verir ki, 1976-ci il təvəllüdlü Əliyev Kamran Əlyar oğlu Əliyev polisə ərizə yazaraq bildirib ki, keçən ilin 12 dekabrında Mətbuat prospektində avtomobil almaq məqsədi ilə Babək Muradova 14200 ABŞ dolları verib. Lakin həmin şəxs verdiyi vədə əməl etməyib. Həmçinin aldığı pulu da geri qaytarmayıb.
Müraciət əsasında araşdırma aparılır.