
Azərbaycanda narkotik taciri tutuldu
Saatlı rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirib.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Saatlı rayonu, Əliabad kənd sakini Aləm Heydərov saxlanılıb. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 130 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni həmkəndlisi Emin Səmədovdan əldə etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq E.Səmədovun işlədiyi fermer təsərrüfatı sahəsinə baxış keçirilib, bu zaman oradan iki ayrı polietilen sellofana bükülmüş ümumi çəkisi 3 kiloqram 390 qram olan qurudulmuş marixuana və 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı rayon Polis İdarəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.
Oxşar yazılar

Müğənni Arzuxanımın qanında narkotik aşkarlanıb - POLİSDƏN AÇIQLAMA
21 iyun 2025 , 12:21
Şantaja görə həbs edilən sayt rəhbəri və baş redaktora hökm oxundu
21 iyun 2025 , 11:56
General vəzifəsində olan polis polkovniki istefa verdi - ŞOK SƏBƏB
21 iyun 2025 , 10:45
Bakıda avtomobilin vurub öldürdüyü şəxsin adı bilindi - HADİSƏ ANI
21 iyun 2025 , 09:24
Azərbaycanda jurnalist vəfat etdi
21 iyun 2025 , 09:11
Gəncədə iki nəfər qidadan zəhərləndi
20 iyun 2025 , 23:59
Gənc oğlan Araz çayında batdı - YENİLƏNİB
20 iyun 2025 , 19:41