"Lotu Quli" hazırda Gürcüstandadır. Bu barədə Lent.az-a tanınmış avtoritetin vəkili Təranə Əliyeva məlumat verib. O bildirib ki, Nadir Səlifov (Lotu Quli) Qaradağ rayon Məhkəməsindən azadlığa buraxılıb: “O, cəzasının böyük hissəsini çəkdiyi üçün təqdimat əsasında sərbəst buraxılıb. Həmçinin səhhətində ciddi problemlər var idi və hazırda Gürcüstandadır”.
"Lotu Quli"nin həbsxanadan çıxarkən çəkilən son görüntüsünü təqdim edirik: