Leyla Yunus istintaqa ifadə verməyə getməkdən imtina edib
30 may 2014 16:45 (UTC +04:00)

Leyla Yunus istintaqa ifadə verməyə getməkdən imtina edib

Hüquq müdafiəçisi Leyla Yunus istintaqa ifadə verməyə getməkdən imtina edib.

 

APA-nın xəbərinə görə, L.Yunus bildirib ki, bu gün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski ona zəng edərək, saat 14.30-da prokurorluğa dəvət edib: “Mən ona dedim ki, evimin sənədlərini və pasportumu qaytarmasalar, ifadə verməyə gəlməyəcəyəm. Həyat yoldaşım Arif Yunusu da iyunun 2-də istintaqa çağırıblar. Sənədlərimizi qaytarmasalar, o da getməyəcək”.

 

Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprelin 28-də axşam saatlarında Bakı aeroportunda ölkədən çıxmaq istəyərkən saxlanılıblar.

 

Baş Prokurorluğun yaydığı məlumata görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq edilən konkret cinayət işi ilə bağlı yaranmış zərurətlə əlaqədar Bakı şəhərində fəaliyyət göstərməklə hüquqi qeydiyyatdan keçməyən “Sülh və Demokratiya İnstitutu” adlı qurumun sədri Leyla Yunusova və həmin institutda ekspert qismində çalışan Arif Yunusovun şahid qismində dindirilməsi nəzərdə tutulub.

 

Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq onların iş üzrə dindirilmələri üçün istintaqa gəlmələri məqsədilə çağırış vərəqələri şəxsən təqdim edilməsinə, həmçinin dəfələrlə telefon əlaqəsi yaradılmasına baxmayaraq, hər iki şəxs üzrlü səbəb olmadan qəsdən istintaqdan yayınıblar. Arif Yunusov aprelin 25-də “Hipertoniya xəstəliyi III dərəcəli, hipertonik kriz” diaqnozu ilə xəstəxanaya daxil olaraq aprelin 28-də xəstəxanadan buraxılsa da, ifadə vermək üçün istintaqa gəlməyib və bankların birindən külli miqdarda pul vəsaitini çıxarmağa cəhd edib.

 

Aprelin 28-də Leyla və Arif Yunusovlar bəzi xarici ölkə səfirliklərinin əməkdaşlarının köməyi ilə respublikanı birdəfəlik tərk etmək niyyəti ilə saat 23:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək, Bakı-Doha aviareysi ilə Avropa ölkələrindən birinə getmək istəyərkən istintaqdan yayınmalarının qarşısı alınıb.

 

Yasamal Rayon Məhkəməsinin qərarı əsasında onların şəxsi yük baqajına baxış keçirilərkən oradan iş üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, o cümlədən Leyla Yunusovanın xarici ölkədə adına olan mülkə dair sənədlər, informasiya daşıyıcıları və digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Eyni zamanda həmin məhkəmənin qərarı əsasında onların yaşadıqları və işlədiyi ünvanlarda axtarış aparılıb.

 

Leyla Yunusova iş üzrə şahid qismində dindirilmiş, Arif Yunusov isə səhhətinin pisləşməsi ilə əlaqədar müalicəsinin davam etdirilməsi üçün yenidən xəstəxanaya yerləşdirilib.

 

Həyata keçirilən bütün istintaq hərəkətlərində Leyla Yunusovanın özünün dəvət etdiyi müdafiəçinin iştirakı təmin olunub və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21