Lənkəranda soyğunçuluq etmiş dəstə saxlanılıb
08 iyun 2019 19:36 (UTC +04:00)

Lənkəranda soyğunçuluq etmiş dəstə saxlanılıb

Lənkəran şəhər sakini E.Nəcəfova qarşı soyğunçuluq etmiş şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aldatma yolu ilə E.Nəcəfovanın mənzilinə girərək oradan 200 manat pul və mobil telefon aparmaqda şübhəli bilinən ev sahibəsinin qohumu olan bir yeniyetmə, Lənkəran şəhər sakini İ.Hacıyev, Ucar rayon sakini Ə.Həsənzadə və Xızı rayon sakini F.İlyasov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

M.Tağızadə və İ.Hacıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların 2018-ci ilin mart ayında həmin evdən soyğunçuluq yolu ilə 6000 manat pul aparmaları da müəyyən edilib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667
avatar

Aygün İbrahimli

Oxşar yazılar