Lənkəranda quldurluq əməlində şübhəli bilinən rayon sakini yaxalanıb. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Liman şəhər sakini, 29 yaşlı Nisə Mirzağa qızı Cabbarova bu il avqustun 24-də gecə saatlarında naməlum şəxsin ona bıçaqla ona hucum edərək pul tələb etməsi barədə ərizə ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edib.
Vətəndaşın ərizəsinə müvafiq olaraq polis şöbəsində dərhal əməliyyat- istintaq qrupu yaradılıb və naməlum şəxsin axtarışlarına başlanılıb.
Nəticədə qadına hədə-qorxu gələn şəxs isti izlərlə yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Məlum olub ki, quldurluq hadisəsini törədən ərizəçinin həmyerlisi, 20 yaşlı Allahverdi Şahlar oğlu İmamzadədir . İstintaqa verdiyi ifadəsində saxlanılan şəxs törətdiyi əməli etiraf edib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.