Bu gün Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə məhkum Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxıldı.
“Qafqazinfo”nun xəbərinə görə, keçmiş məhbus məhkəmədən sonra Şəmkir rayonuna gedib, orda onu qohumları, qonşuları qarşılayıb.
Xatırladaq ki, L. Quliyeva Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu öldürməkdə ittiham olunub və 10 il azadlıqdan məhrum edilib. O, həbsdə olarkən həbsxanada daxili intizam qaydalarını pozduğu üçün yenidən 6.5 il müddətinə cəzası artırılıb.
Bu gün isə Bakı Apellyasiya Məhkəməsində Lamiyə Quliyevanın barəsindəki cinayət işi üzrə Baş Prokurorluğun verdiyi protest əsasında məhkəmə prosesi keçirilib və o, azadlığa buraxılıb.