Kürdəmirdə traktor aşdı: sürücü xilas edildi
13 noyabr 2015 23:34 (UTC +04:00)

Kürdəmirdə traktor aşdı: sürücü xilas edildi

0

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Sor Sor kəndində vətəndaşa məxsus “K-700” markalı traktor idarəetməni itirərək yol kənarına aşıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq sürücünü xilas edib və aidiyyatı üzrə təhvil verib. Əməliyyat saat 21:31-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 441

Oxşar yazılar