Kürdəmirdə maşın su kanalına düşdü, sürücü yaralandı
31 avqust 2015 23:42 (UTC +04:00)

Kürdəmirdə maşın su kanalına düşdü, sürücü yaralandı

0

Kürdəmirdə 1 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

 

APA- nın yerli bürosunun məlumatına görə, hadisə Bakı - Qazax əsas magistral yolunun  210- cu km-də rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

 

Bakı şəhər sakini,  33 yaşlı  Fərəcov Babakişi Fərəc oğlu idarə etdiyi 99- AD- 210 dövlət nömrə nişanlı “Renault” markalı minik maşını ilə hərəkətdə olarkən maşın idarəetməsini itirib və yoldan çıxaraq su kanalına düşüb. Nəticədə B. Fərəcov müxtəlif bədən xəsarətləri alıb. İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub. Hadisənin dəqiq baş vermə səbəbi Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar