İrandan külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
29 avqust 2019 12:21 (UTC +04:00)

İrandan külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı

0
Azərbaycan gömrükçüləri qanunsuz yollarla ölkә әrazisinә gәtirilən külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısını alıblar.
 
Lent.az məlumat verir ki, buna Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin keçirdiyi tədbir nəticəsində nail olunub. Əməliyyat tədbiri İrandan qanunsuz yollarla Azərbaycaının gömrük ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin “Famil” adlı şəxsin realizə edəcəyi barədə daxil olan məlumat əsasında həyata keçirilib.
 
Salyan şosesi, Noxudlu yolunun kənarında yerləşən restoranının qarşısında keçirilən əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşı Yunusov Famil Şadiyar oğlu idarə etdiyi "VAZ 21154" markalı avtomobillə sözügedən əraziyə gəlib. Sonra avtomobildən enərək sellofan torbada olan narkotik vasitəni şərti alıcı kimi çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.
 
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində həmin sellofan torbaya baxış zamanı 7 ədəd bağlamada olmaqla, qablaşdırma ilə birlikdə ümumi çəkisi 6 kiloqram 314 qram təşkil edən narkotik vasitə - həşiş aşkarlanıb.    
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 933

Oxşar yazılar