Kriminal "razborka"da qətl törədən şəxs tutuldu
09 noyabr 2015 15:38 (UTC +04:00)

Kriminal "razborka"da qətl törədən şəxs tutuldu

0

Noyabrın 5-də Şirvan şəhərində törədilmiş qətlin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Elvin Nəciyevin və Zaur Sarıbalayevin qətlə yetirilmələri barədə verilmiş məlumatla əlaqədar araşdırmalar zamanı Z.Sarıbalayevin E.Nəciyev tərəfindən, E.Nəciyevin isə Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Ağami tərəfindən qətlə yetirilməsi müəyyən edilib. Ə.Ağami və cinayətdə iştirak etmiş digər şəxs, Şirvan şəhər sakini Tural Salmanov polis və prokurorluq orqanları əməkdaşları tərəfindən tutulublar. T.Salmanov ifadəsində hadisə zamanı üzərində olan tapançanı Şirvan şəhər mərkəzi xəstəxanasının həyətinə atmasını bildirib.

 

Xəstəxananın həyətinə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar