Krasnoyarskda həmyerlisini güllələyən azərbaycanlıya hökm oxundu
09 oktyabr 2014 12:32 (UTC +04:00)

Krasnoyarskda həmyerlisini güllələyən azərbaycanlıya hökm oxundu

Krasnoyarsk vilayət məhkəməsində "Anastasiya" kafesində öz həmyerlisini güllələyən azərbaycanlı Zaur Məmmədova hökm oxunub. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

APA TV-nin xəbərinə görə, hadisə bu il aprelin 13-də Oktyabrsk küçəsində yerləşən "Anastasiya" kafesində baş verib. 25 yaşlı Zaur Məmmədov kafedə "Makarov" tipli tapança ilə 2 metr uzaqlıqdan Nağıyev familiyalı 37 yaşlı tanışına 4 dəfə atəş açıb. Zərərçəkmiş yıxıldıqdan sonra o, daha iki atəş açaraq qaçmağa çalışıb. Lakin kafenin müştərilərindən olan polis əməkdaşı onu tuta bilib. Məmmədov silahını ona təslim edib.

 

Vilayət məhkəməsi cinayətin motivlərini açıqlayıb. 1999-cu ildə Krasnoyarskın Sovetski rayonunda müttəhimin atası, 2009-cu ildə əmisi öldürülüb. 2011 və 2013-cü illərdə isə Zaur Məmmədov naməlum şəxslər tərəfindən atəşə məruz qalıb və çoxsaylı güllə yarası alıb. Bu cinayətlərin törədilməsində Zaur Məmmədov eyni zamanda onun nəqliyyat biznesinə də mane olan Nağıyev soyadlı şəxsi günahkar bilib. 2014-cü ilin aprelində o, Nağıyevin adamları tərəfindən izlənildiyindən şübhələnib.

 

Başlanan cinayət işinə əsasən, Məmmədovun ömürlük azadlıqdan məhrum edilməsi gözlənilirdi. Lakin məhkəmə cinayətin motivlərini, onun öz cinayətini boynuna almasını və himayəsində 3 azyaşlının olmasını nəzərə alaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il azadlıqdan məhrum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15