Körpünün üzərində ağır qəza:<span style="color:red;"> 9 nəfər yaralandı  - YENİLƏNİB
19 mart 2017 10:39 (UTC +04:00)

Körpünün üzərində ağır qəza: 9 nəfər yaralandı - YENİLƏNİB

Tovuz rayonunda baş vermiş yol qəzasında xəsarət alanların sayı 9-a çatıb.

Lent.az Report-a istinadən xəbər verir ki, xəsarət alan şəxslər Tovuz rayon Bayramlı kənd sakini, 1963-cü il təvəllüdlü Zahid Haçıyev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Rasim Qasımov, Bakı şəhər sakini, 1983-cu il təvəllüdlü Gündüz Məhərrəmov, Bayramlı kənd sakini, 1984-cü il təvəllüdlü Samir Paşayev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Azadə Cəfərova, Tovuz rayon sakini, 1956-cı il təvəllüdlü Afət Axundova və onun baçısı Mətanət Axundovadır. Digər iki yaralının vəziyyəti yüngül olub.

Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, qəzaya səbəb avtomobillərdən birinin körpü üzərində ötmə əməliyyatı aparması olub.

 

 

 

 

*****

 

 

10:09

 

 

 

Bu gün Tovuz şəhərində, Heydər Əliyev prospektində “VAZ 2106” və “VAZ2101” markalı minik avtomobilləri toqquşub.

 

APA-nın Qərb bürosunun məlumatına görə, qəza Tovuzçay üzərindəki körpünün üzərində olub.

 

Qəzada xəsarət alan 6 nəfər Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. 

 

Hazırda faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

APA Baycan

Oxşar yazılar