Kiyev meri postu uğrunda seçkilərdə Vitali Kliçko qalib gəlib.
APA-nın məlumatına görə, “exit-poll” nəticələrinə əsasən, Kliçko səslərin 57,4% yığıb. Onun əsas rəqibi Lesya Orobets isə 10,3% səs toplayıb.
Jurnalistlərin suallarını cavablandıran Kliçko bəyan edib ki, bütün dünya ölkələri paytaxtlarının administrasiyaları, o cümlədən Moskva rəhbərliyi ilə dialoq qurmaq niyyətindədir.
Siyasətçi həmçinin qeyd edib ki, Kiyev meri postunda korrupsiyaya qalib gəlmək və şəhər təsərrüfatını yeniləmək istəyir.
Kiyev meri postu uğrunda seçkilərlə bağlı rəsmi nəticələrin mayın 27-dən tez açıqlanmayacağı gözlənilir.