Kanalda ayağına dəmir batan azyaşlı xilas edildi
0
0
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qazax rayonunun Ağköynək kəndində 1 nəfər azyaşlının kanalda ayağına dəmir parçası bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Lent.az-a FHN-dən verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil verib.
0
0