Jurnalistin evinə basqın oldu, kəndə polis göndərilir
14 iyun 2013 17:50 (UTC +04:00)

Jurnalistin evinə basqın oldu, kəndə polis göndərilir

Bu gün saat dörd radələrində Zərdab rayonunun bir qrup sakini jurnalist Bahar Rüstəmlinin rayonun Alibəyli kəndində yaşayan ailəsinin yaşadığı evə hücum edib. 

Lent.az-ın aznews.az-a istinadən verdiyi məlumat görə, hücum edən şəxslər əsasən rayonun Alıcanlı kəndinin sakinləri olub. Onların sayının 30-dan çox olduğu bildirilir. Hücuma səbəb saytın “Zərdabda biabırçı olay: 15 yaşlı qız sürgün edilir” başlıqlı yazı olub.
Bahar Rüstəmlinin ailəsindən bildirildiyinə görə, hücum planlı şəkildə həyata keçirilib. Basqınçılar Rüstəmlinin ailəsinin yaşadığı evin qapısına qırmağa cəhd edib, atasının üstünə bıçaq çəkib, ailəni təhqir ediblər. Onlar ev sahibini ölümlə hədələyiblər. Basqınçı qrupa rəhbərlik edən şəxs onun atasını öldürəcəyini deyib. 
Digərləri isə bu gecə onun başını kəsəcəklərini bildiriblər.

Məsələ ilə bağlı Zərdab rayon Polis İdarəsinin rəisi Elnur Həsənova da məlumat verilib. Rəis bildirib ki, hadisə yerinə polis əməkdaşları göndərəcək. 

Həmçinin, DİN mətbuat xidmətinə də məlumat verilib. Mətbuat xidmətinin sözçüsü Orxan Mansurzadə isə bildirib ki, məsələ araşdırılacaq və qanuni tədbirlər görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767
avatar

Oxşar yazılar