2010-cu ildə həbs edilən və 5 il müddətinə azadlıqdan məhrum edilən “Ekspress” qəzetinin sabiq əməkdaşı Elman Malıyev azadlığa çıxıb. Lent.az-ın məlumatına görə, bu barədə movqe.az-a iqtisadçı, ekspert Qadir İbrahimli bildirib.
Q. İbrahimli deyib ki, E.Malıyev azadlıığa məhkəmə qərarı ilə çıxıb: "Jurnalist nümunəvi davranışına görə, cəzasının yerdə qalan hissəsindən azad edilib".
Qeyd edək ki, “Ekspress” qəzetinin sabiq kriminal yazarı Elman Malıyev 2010-cu ilin iyununda tutularaq, 5 il müddətinə azadlıqdan məhrum edilib. Onu Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham ediblər. Elman Malıyev “Ekspress”dən əvvəl “Bu gün, “Yeni Müsavat” qəzetlərində çalışıb.