[b]Salyanda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açıldı - Baş Prokurorluq - YENİLƏNİB[/b]
28 dekabr 2016 17:30 (UTC +04:00)

[b]Salyanda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açıldı - Baş Prokurorluq - YENİLƏNİB[/b]

Salyan rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, faktla bağlı dərhal  Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədi ilə zəruri, təxirəsalınmaz istintaq əməliyyat tədbirləri həyata keçirilir.  

17:18

Salyan rayonunda bir il əvvəl itkin düşən şəxsin meyiti tapılıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ötən ilin noyabr ayında itkin düşdüyü bildirilən 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun meyiti rayon sakini Cavadov Rövşən Cavad oğlunun həyətində aşkarlanıb.

 

 

Rövşən Cavadovun keçmiş polis əməkdaşı olduğu bildirilir.

 

Salyan rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı qətlin rayon sakini Rövşən Cavadov tərəfindən törədilməsi müəyyən edilib. Bildirilib ki, R. Cavadov E. Qasımovu öldürdükdən sonra onu öz həyətində basdırıb və ölkəni tərk edib.

 

Hazırda onun xarici ölkələrdən birində gizləndiyi bildirilir.

 

 

Faktla bağlı Rövşən Cavadovun həyat yoldaşı Nazənin Cavadova polis tərəfindən saxlanılıb.

 

 

R. Cavadov Salyan rayon bələdiyyəsinin keçmiş sədr müavini Rafiq Cavadovun qardaşıdır.

 

 

Meyit hazırda Salyan rayon morqunda müayinə edilir.

 

16:21

 

Bir il əvvəl itkin düşən Salyan rayon sakini, 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun qətlə yetirildiyi ehtimal olunur.

 

 

APA-nın yerli bürosunun xəbərinə görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun meyitinin axtarışlarına başlayıblar.

 

 

Salyan rayonu ərazisində bununla bağlı axtarış tədbirləri həyata keçirilir.

 

 

Məlumata görə, Salyan rayon sakini Qasımov Elçin Mirqələm oğlu ötən ilin noyabr ayında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

APA Baycan

Oxşar yazılar