"APA-Economics"in xəbərinə görə, bu barədə "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.
B. Ağarəhimov bildirib ki, axtarışlar "Geofizika" gəmisi ilə aparılır: "Dünən başlamaq istədiyimiz axtarışlar güclü külək, suyun bulanıq olması səbəbindən effekt verməyib. Bu gün dənizin nisbətən sakitləşməsi imkan verir ki, axtarışları suyun altında da davam etdirək. İlk öncə axtarışlar 501 saylı, ondan sonra yaxın estakadalarda davam etdiriləcək. Bu sahədə FHN-in vertolyotları da axtarışları davam etdirir".