İsmayıllıda 25 yaşlı oğlan bıçaqlandı
22 may 2017 23:50 (UTC +04:00)

İsmayıllıda 25 yaşlı oğlan bıçaqlandı

0

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Bizlan kəndində qeydə alınıb.

 

Basqal qəsəbə sakini, 1992-ci il təvəllüdlü Nağıyev Hacı Rahib oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Bizlan kənd sakini, 1992-ci il təvəllüdlü Qədirov Elçin Əhməd oğlunu bıçaqlayıb. Bədənin müxtəlif nahiyələrindən 3 bıçaq xəsarəti alan Elçin Qədirov təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb və əməliyyat olunub.

 

Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hacı Nağıyevin saxlanılaraq istintaqa təhvil verilməsi üçün tədbirlər görülür.

 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar