İŞİD-ə qoşulduğu üçün axtarılan azərbaycanlı qadın <span style="color:red;">DANIŞDI: "MƏNİ 14 YAŞINDA..."
07 iyun 2017 10:17 (UTC +04:00)

İŞİD-ə qoşulduğu üçün axtarılan azərbaycanlı qadın DANIŞDI: "MƏNİ 14 YAŞINDA..."

 

Bir nüçə gün əvvəl Lent.az saytında İŞİD-ə qoşulan azərbaycanlı qadınlarla bağlı yazı dərc edilmişdi. Həmin yazıda adı və fotosu yayılmış qadınlardan biri də Gürcüstan vətəndaşı olan azərbaycanlı Aydan Qəribovadır. O, məsələ ilə bağlı “Bizim yol”a açıqlama verib və həqiqətən beynəlxalq axtarışa verildiyini, Rusiyaya girişinə yasaq qoyulduğunu təsdiqləyib.

 

Keçən il barəsində cinayət işi açıldığını, bir müddət Türkiyədə yaşadığını qeyd edən A.Qəribova İŞİD-ə qoşulma məsələsinin isə ailə üzvlərinin onu yanlış başa düşməsi nəticəsində ictimailəşdiyini deyib: “Məni 14 yaşında qaçırıb adətlərə qurban ediblər. Mənim 3 övladım var. Ailə-məişət zəminində davamlı problemlər olduğu üçün həyat yoldaşımdan ayrıldım. Türkiyəyə üz tutdum. Övladlarımı da özümlə apardım. Valideynlərim Rusiyada yaşayırdı. Mən valideynlərimlə və keçmiş həyat yoldaşımla bir müddət əlaqəni kəsdim. Sonra isə “Whatsapp” vasitəsilə əlaqə saxlayırdıq. Uşaqlığımı əlimdən aldıqlarına və həyatımı məhv etdiklərinə görə mən anamı qıcıqlandırmaq üçün gülərək İŞİD-ə qoşulduğuma eyham etdim. Anam və həyat yoldaşım bu sözümü ciddi qəbul ediblər və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Ötən ilin aprel ayında barəmdə cinayət işi açılıb. Mənim beynəlxalq axtarışa verildiyim deyilir. Mənim yerim bəllidir”.

 

Aydan Qəribova deyib ki, Türkiyədə oturum icazəsi ala bilmədiyi üçün övladlarının təhsil almasında problem yaranıb və buna görə doğulduğu Gürcüstanın Qardabani rayonuna qayıdıb. Hazırda o, 80 yaşlı əlilliyi olan nənəsi ilə birlikdə burada yaşayır. A.Qəribova nə Suriyaya və İraqa, nə də Dağıstan Respublikasında qanunsuz hərbi toqquşmaların baş verdiyi ərazilərə getdiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 118
avatar

Oxşar yazılar