<b>İŞİD-də döyüşənlərin məhkəməsi başlayır</b>
07 iyun 2016 14:14 (UTC +04:00)

İŞİD-də döyüşənlərin məhkəməsi başlayır

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi baxışa verilib. Məhkəmənin baxış iclası iyunun 16-da baş tutacaq.

 

Qeyd edək ki, Rufan Ağcabəyov və Marfin Vladimir Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində həbs ediliblər.  Rufan Ağcabəyov və Martin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İraq İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

 

Xaçmaz rayonunda anadan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb.

 

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və interpol üzrə axtarışa verilib. 

Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

 

Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 447

Oxşar yazılar