25 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Zakir Göyüşovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Z. Göyüşovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Ceyhun Yusifov isə çıxışında Z. Göyüşovun işində cinayət tərkibinin olmadığını deyərək, məhkəmədən ona bəraət verilməsini xahiş edib. Proses dekabrın 9-da davam etdiriləcək.
Qeyd edək ki, Z. Göyüşov tanışı Dursun Şahbazovun qızını işə düzəltmək məqsədilə aldadaraq 25 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.