Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və hədə qorxu ilə pul tələb etmədə təqsirləndirilən İran vətəndaşı Səid Əqillinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Vəkil Ceyhun Yusifov prosesin qapalı keçirilməsini istəyib. O, bildirib ki, cinayət işinin içərisində intim münasibətlərə dair materiallar da var. Vəsatət təmin edilib. Məhkəmənin baxış iclası iyunun 21-nə təyin edilib.
Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 178-ci dələduzluq və 182-ci (hədə qorxu ilə pul tələb etməmə) maddəsi ilə ittiham olunur.