İnternatda döyülən uşaq danışdı
21 may 2014 19:19 (UTC +04:00)

İnternatda döyülən uşaq danışdı

Dünən 7 saylı xüsusi internat məktəbində təhsil alan Nihad Zaur oğlu Cavadovun burda çalışan müəllimlərdən biri tərəfindən döyülməsi barədə məlumat yayıldı və onun gözünün altı zədələnmiş şəkilləri yayıldı.

 

Lent.az-ın xəbərinə görə, hadisədən dərhal sonra Təhsil, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri hadisə yerində araşdırma aparmağa başladıqlarını açıqladılar.

 

Günün sonunda isə Təhsil və Daxili İşlər nazirlikləri məlumat yayaraq, uşağın döyülmədiyini, "ayaqyolunda ayağı sürüşərək, yıxıldığını" açıqlayıblar. Qeyd edək ki, dünən lent.az saytının əməkdaşı da Əmircanda yerləşən internata getsə də, onun içəri daxil olmasına və uşaqla görüşünə icazə verilməyib. Təhsil Nazirliyi bunu müəssisənin xüsusi statuslu  olması isə izah edib.

 

İnternatın direktoru da saytımızın israrlı zənglərinə cavab verməyib.

 

Bir qədər əvvəl isə "youtube" şəbəkəsində uşağın danışdığı video yayılıb. Videoda şagird bildirir ki, onu Afaq adlı müəllimə döyüb, başına taxta ilə vurub: "Afaq müəllimə dedi ki, get Nurlanla Arzunu çağır. Onları çağırdım, əvvəl onları döydü, sonra da məni möhkəm döydü, başıma taxta ilə vurdu".

 

Videoda uşağı lente alan qadının pıçıltı ilə "kim, kim" deməsi də diqqəti çəkir. Onun uşaqdan müəllimənin adını bir daha söyləməsini istədiyi də aydın sezilir.

 

Bu video və baş verənlər göstərir ki, internatda olanlar "ayağı sürüşüb yıxılmaqdan" çox uzağa gedir.

 

Görək, araşdırma aparan qurumlar nə deyəcək...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6112
avatar

Oxşar yazılar