Daim qalmaqallarla gündəmə gələn prodüser Tarix Əliyev (Tolik) yeni titulundan danışıb.
Lent.az-ın məlumatına görə, bu barədə “qafqazinfo” prodüserin İnstagram səhifəsinə istinadən xəbər verib. Tolik paylaşdığı video-çarxda xalq artisti İlhamə Quliyevanın ona yeni titul verdiyini bildirib: “Əziz İnstagram dostlarım, sizə eksklüziv xəbər verirəm. Bu gündən İlhamə xanım mənə təzə ad verib. Mən artıq taclı prodüserəm”
Qeyd edək ki, daha sonra Tolik başına daş-qaşlarla bəzədilmiş aksesuar qoyub.