Həbsdə olan teleaparıcı İlham Mirzəyev Bakı İstintaq Təcridxanasında kamera yoldaşı Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanova psixoloji yardım göstərir. Lent.az-ın aznews.az-a istinadən verdiyi xəbərə görə, hər iki təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məlumat verib.
A.Məmmədov İ.Mirzəyevlə Ş.Sultanovun münasibətlərinin çox yaxşı olduğunu bildirib: “Biri böyük həyat yolu keçmiş vitse-admiral, digəri isə efir adamıdır. Kifayət qədər maraqlı söhbətləri olur. İlham müəllim Şahin Sultanovla psixoloji söhbətlər edir, bir-birinə dəstək olurlar, kitab oxuyurlar. Ümumiyyətlə, insanın özünü yaxşı hiss etməsi üçün inam hissi çox vacibdir”.
Qeyd edək ki, İlham Mirzəyev dələduzluqda (CM-nin 178-ci maddəsi), Şahin Sultanov isə vəzifə saxtakarlığı və mənimsəmədə (CM-nin 313 və 179.3.2 maddələri) ittiham olunurlar.