İlham Mirzəyev azadlığa buraxılıb - <span style="color:red;">YENİLƏNİB
09 iyun 2016 13:11 (UTC +04:00)

İlham Mirzəyev azadlığa buraxılıb - YENİLƏNİB

0

Dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyev azadlığa buraxılıb.

Lent.az- a verilən məlumata görə,  İ.Mirzəyevin azadlığa çıxması barədə qərarı Xəzər rayon məhkəməsi verib. O, vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib. Mayın 19-da isə məhkəmə onun istəyini təmin edib. Və İ.Mirzəyev 20 gün əvvəl azadlığa buraxılıb. 

 

Penitensiar Xidmətdən APA-ya faktı təsdiqləyiblər.

 

12:50

 

Dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyev azadlığa buraxılıb.

 

Lent.az-ın trend-ə istnadən məlumatına görə, İ.Mirzəyev bu gün saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsindən evinə buraxılıb.

 

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir.

 

Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.

***

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 640

Oxşar yazılar