İlanı öldürmək istədi, xəstəxanaya düşdü
04 sentyabr 2015 00:43 (UTC +04:00)

İlanı öldürmək istədi, xəstəxanaya düşdü

0

Şəkidə 65 yaşlı kişini ilan sancıb.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 3-ü axşam saat 19:30 radələrində Şəki şəhəri, 28-ci rayon Dadaş Bünyadzadə küçəsi ev 2 ünvanında yaşayan, 1950-ci il təvəllüdlü  Abid İsmayıl oğlu Yusibov ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 65 yaşlı Abid Yusibov yaşadığı evin həyətyanı sahəsində olan ilanı öldürmək istəyən zaman ilan cəld tərpənərək onun sağ ayağının topuq nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Abid Yusibova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar