İki yük avtomobili toqquşub aşdı
25 may 2014 17:34 (UTC +04:00)

İki yük avtomobili toqquşub aşdı

Göyçay rayonunda iki yük maşını toqquşub.APA-nın məlumatına görə, hadisə bu gün saat 13:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 213-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.


Belə ki, 90-NA-220 dövlət nömrə nişanlı “HOVA” və 10-XX-264 dövlət nömrə nişanlı “KaMAz” markalı yük maşını toqquşub. Hadisə nəticəsində hər iki avtomobil yoldan çıxaraq aşıb. Maşınlar yolda təmir-bərpa işləri aparılan ərazidə aşıb.

Sürücülərdən biri, 1957-ci il təvəllüdlü Yusifov Mehman Əyyub oğlu müxtəlif bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 947
avatar

Oxşar yazılar