İki qatil tutulub
16 sentyabr 2013 14:52 (UTC +04:00)

İki qatil tutulub

Bakı və Gəncədə həmyerlilərini qətlə yetirərək qaçan şəxslər yaxalanıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 14-də Sabunçu rayonu N. Məlikov küçəsində Sabunçu qəsəbə sakini Natiq Hüseynov münaqişə zəminində həmyerlisi Elmir Nuriyevi bıçaqla qətlə yetirib hadisə yerindən qaçıb.

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Hüseynov tutulub.

Sentyabrın 14-də Gəncə şəhəri Sadıllı qəsəbəsində qəsəbə sakini Vüqar Kərimov sərxoş halda, münaqişə zəminində həmyerlisi Qasım Həsənovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçıb. Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Kərimov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674
avatar

Oxşar yazılar