
İki maşın toqquşdu, sürücülərdən biri öldü
0
0
Beyləqan rayonunda ölümlə nəticələnən qəza baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 4-də saat 15 radələrində Beyləqan rayonunun Daşburun kəndi ərazisində Dünyamalılar kənd sakini Süleyman Hüseynovun idarə etdiyi “VAZ-2109” və İmişli rayon sakini İ.Mirzəyevin idarə etdiyi “QAZ-3302” markalı avtomobillər toqquşub.
Nəticədə S.Hüseynov hadisə yerində ölüb.
0
0